MVP AGENCY
AZERBAIJAN YOUTH & SPORT MINISTRY
Noyabrın 6-da Gənclər və İdman Nazirliyi Bakıda ikinci "Qələbə Qaçışı" xeyriyyə tədbiri keçirdi. Nazirliyin məlumatına görə, "Qürurla İrəli" şüarı altında təşkil edilən qaçış, Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ikinci ildönümünə həsr olunmuşdur.

Tədbirin əsas məqsədi Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək, şəhidlərimizi ehtiramla anmaq və qazilərimizə, onların ailələrinə əbədi minnətdarlığımızı ifadə etmək idi. Qeyd etmək lazımdır ki, qaçışdan toplanan vəsait şəhid ailələrinə xeyriyyə üçün sərf ediləcək.

Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Paralimpiyalı çempion İlham Zəkiyevin "Start!" atəşindən sonra qaçış başlayıb.

"Qələbə Qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda "Yeddi Gözəl" fəvvarəsinin qarşısından start götürüb, 10 km məsafəni qət edərək eyni məkanda finişə çatıblar. Lakin qaydalara əsasən, bəzi iştirakçılar yarışı 3 km və ya 5 km məsafələrdə quraşdırılmış finiş xətlərində başa vurublar.

Qaçışın nəticələrinə əsasən, 10 km məsafəni ilk qət edən Toğrul Məmmədli (33.14) olub. Elman Abışov (33.15) ikinci, Allahqulu Hüseynov isə (35.16) üçüncü yeri tutub. Qadınlar arasında Anna Yusubova (34.19) birinci olub. Yuliya Belkoça (43.03) ikinci, Rəbiya Orucova (44.41) üçüncü yeri tutub. Fair Play mükafatı qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyevə (83 yaş) verilib.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Mariana Vasileva, nazirliyin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, Milli Məclisin üzvü Nigar Arpadarai və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Tədbirin qaçış mərhələsi başa çatdıqdan sonra finiş zonasında maraqlı əyləncəli idman proqramı təşkil olunub. Urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar iştirakçıların və sakinlərin böyük marağına səbəb olub. Bədii hissədə isə tanınmış müğənni Çingiz Mustafayevin və DJ-lərin iştirakı ilə konsert proqram