MVP AGENCY
CAVAN IB
"CAVAN" Hərəkatı Tərəfindən Təşkil Olunan Müstəqillik Günü Festivalı

Gənclər hərəkatı "CAVAN", 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş festivalın başlanmasını elan edib. Tədbir Azərbaycan Gənclər Fondu, Su İdman Sarayı, G-Shock, Urban Art Azerbaijan, Ecaz və Flora Hostel tərəfindən dəstəklənir.

Festival 28, 29 və 30 may tarixlərində Avropa Oyunları Parkında keçiriləcək və rəqs, bitboks, skeytbord, 3x3 basketbol, müasir incəsənət yarışmaları, həmçinin yarmarka, partilər və konsert proqramlarını əhatə edəcək.

Festivalın əsas məqsədləri:
İctimaiyyəti müasir mədəniyyət haqqında məlumatlandırmaq.
Müasir incəsənət və mədəniyyətə maraq göstərən gənclərə dəstək olmaq.
Gənclərin istedadlarını üzə çıxarmaq.
Başlayanlar və təkmilləşmək istəyənlər üçün təlimlər və ustad dərsləri keçirmək.
Gənclər arasında səmərəli asudə vaxtın və ünsiyyətin təşkilini təmin etmək.

Gənclər hərəkatı "CAVAN" 2017-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri gənclərin maraqlarına uyğun layihələr təşkil edir. "İndi başla!" şüarı altında hərəkatın tədbirlərində 5 mindən çox gənc iştirak edib.
VideosImages